BİZNES

27 Avqust

Neft qiymətləri ucuzlaşdı: Brent və WTI son durum

Finss.az xəbər verir ki, neft qiymətləri ardıcıl artımdan sonra yenidən ucuzlaşıb.

Brent markalı neftin oktyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,42% azalaraq 68,51 dollar/barel olub. Əvvəlki sessiyada isə Brent 1,58% bahalaşaraq 68,80 dollar/barelə yüksəlmişdi.

WTI markalı neftin oktyabr fyuçersləri Nyu-Yorkun NYMEX birjasında 0,51% ucuzlaşaraq 64,47 dollar/barel təşkil edib. Son sessiyada isə qiymət 1,79% artaraq 64,80 dollar/barel olmuşdu.

Bazar iştirakçıları Rusiya–Ukrayna münaqişəsi ətrafında danışıqları diqqətlə izləyirlər. ABŞ prezidenti Donald Tramp vəziyyəti bir-iki həftə ərzində dəyərləndirəcəyini, irəliləyiş əldə olunmazsa ciddi addımlar atılacağını bildirib.

Xatırladaq ki, Tramp Hindistanın Rusiya neftini almaqda davam etməsi səbəbindən bu ölkədən idxala əlavə rüsumlar tətbiq ediləcəyini açıqlayıb. Tariflərin yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.